Koordinasiya görüşü keçirildi
06-07 Noyabr tarixində, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələri icra edən təşkilatların Göyçay rayonunda Koordinasiya görüşü keçirildi. Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, Ümid, AMFA, Şəfəq Ekoturizm İctimai Birliyi, Göyçay İnkişaf Mərkəzi İctimai Birliyi layihə heyəti iştirak etmişdir. Görüş zamanı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin təsirləri və davamlılığı kimi məsələlər əsas müzakirə mövzusu olmuşdur.