Yeni idman meydançasının açılış mərasimi keçirildi
Şabran rayonunun Əmirxanlı kənd sakinləri Azərbaycan Hökumətinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyə dəstəyi ilə "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu, "Ümid" təşkilatı, Əmirxanlı icmasının üzvləri, yerli bələdiyyə və dövlət qurumları tərəfindən birgə əməkdaşlıq çərçivəsində tikilmiş yeni idman meydançasının açılışını qeyd etdilər. Meydança tikilməmişdən əvvəl onlar idmanla potensial olaraq təhlükəli yerlərdə, məsələn yollarda və küçələrdə məşğul olurdular. Yeni idman meydançası 1800 kənd sakininin (həm böyük, həm uşaq) istifadə edə biləcəyi oyun və idman üçün təhlükəsiz yerə çevriləcək.