Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstək məktubuTamamlanmış layihələrin açılış mərasimi keçirildi
06 Oktyabr tarixində, Goranboy rayonu Goranlı və Balakürd icmasının sakinləri "Tibb məntəqəsinin tikilməsi” və "İcmanın içməli su təminatının yaxşılaşdırılması” layihələrinin uğurla başa çatmasını qeyd etdilər. Layihələr Azərbaycan Hökumətinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyə dəstəyi ilə "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu, "Ümid" təşkilatı, icma üzvləri, yerli bələdiyyə və dövlət qurumları tərəfindən birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.