UYŞH üzrə kursları müvəffəqiyyətlə bitirmiş növbəti 44 nəfərə sertifikatlar təqdim edilmişdir
30 sentyabr 2015-ci il tarixində, "Ümid" təşkilatının Sumqayıt ofisində, Qaçqınların İşi üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda məskunlaşmış Qaçqın və Məcburi Köçkünlər üçün peşə təlimi və gəlirin yaradılması” layihəsi çərçivəsində UYŞH üzrə kursları müvəffəqiyyətlə bitirmiş 44 məcburi köçkünə sertifikatlar təqdim edilmişdir.
Görüş "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Proqram Direktoru cənab Rasim Quliyev, BMT QAK-ın 2 nümayəndəsi, həmçinin kursu bitirən gənclərin iştirakı ilə keçirilmişdir. Görüş zamanı kursu bitirən gənclər qonaqlarla UYŞH haqqında fikir mübadiləsi etdilər.
Sonda gənclər öz minnətdarlıqlarını bildirməklə yanaşı, layihə haqqında təkliflərini də bölüşdülər.