18 sentyabr tarixində Quba rayonunun Xucbala icmasının sakinləri suvarma sisteminin bərpasının uğurla başa çatmasını qeyd etdilər. Suvarma sistemi Azərbaycan Hökumətinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyə dəstəyi ilə "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu, "Ümid" təşkilatı, Xucbala icmasının üzvləri, yerli bələdiyyə və dövlət qurumları tərəfindən birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.