17 sentyabr tarixində Quba rayonunun Püstəqasım icma sakinləri kənd məktəbi üçün akt zalının tikintisinin uğurla başa çatmasını qeyd etdilər. Layihə Azərbaycan Hökumətinin  və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyə dəstəyi ilə "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu, "Ümid" təşkilatı, Püstəqasım icmasının üzvləri, yerli bələdiyyə və dövlət qurumları tərəfindən birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Bu, "Sosial-İqtisadı İnkişaf Fəaliyyəti" layihəsi çərçivəsində Quba-Xaçmaz regionunda başa çatmış 19-cu icma layihəsidir.