Quba rayonu Hacıhüseynli icmasında "İçməli su təminatının yaxşılaşdırılması” layihəsinin açılış mərasimi keçirildi
30 İyul, 2015-ci il tarixində, Quba rayonu Hacıhüseynli icmasında Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Yerli İcra nümayəndəsi, Bələdiyyə sədri, "Ümid" təşkilatının rəhbərliyi, İcma İnkişaf Şurası üzvləri, kənd sakinləri və yerli media nümayəndələri ("Şəfəq” qəzeti və "Xəyal” TV) Avropa İttifaqının maliyyələşdirdiyi "İçməli su təminatının yaxşılaşdırılması” layihəsinin uğurla başa çatmasını qeyd etmək üçün bir araya gəldilər. Layihənin icrası nəticəsində icmada 1500 nəfərin içməli su təminatı yaxşılaşmışdır. Layihə icma sakinlərinin ekoloji təmiz su ilə təmin olunması ilə yanaşı, onların ailə büdcələrinə qənaət etmələrinə də səbəb olmuşdur. Tədbirdə çıxış edənlər icma üzvlərini təbrik edərək, layihəni maliyyələşdirdiyi üçün Avropa İttifaqına, hərtərəfli dəstəyə görə Azərbaycan Hökumətinə, Quba Rayon İcra Hakimiyyətinə və "Ümid” təşkilatına öz minnətdarlıqlarını bildirdilər. Qırmızı lent kəsildikdən sonra qonaqlar yeni istismara verilən bulaqdan su içərək layihəyə birgə baxış keçirdilər və bununla da tədbir yekunlaşdı.