Daha bir “İcmadaxili Yolların Təmiri” layihəsinin açılış mərasimi
Avropa İttifaqının maliyyələşdirdiyi "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” proqramı çərçivəsində 29 iyul 2015-ci il tarixində "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi və Əmirxanlı icmasının birgə Şabran rayonu Əmirxanlı icmasında həyata keçirdiyi "İcmadaxili yolların təmiri" layihəsinin açılış mərasimi keçirildi. Layihənin icrası nəticəsində bərbad vəziyyətdə olan ümumi uzunluğu 8000 metr icmadaxili yollar bərpa edilmiş, su keçidləri üçün bir neçə yerdə müxtəlif diametrli metal borular yerləşdirilmişdir. Ümumilikdə layihə nəticəsində icmada yaşayan 2300 nəfər bu layihədən faydalanmış, onların yollarda təhlükəsiz və rahat hərəkət etmələri üçün şərait yaxşılaşmışdır. Layihənin açılışında, Yerli İcra Nümayəndəsi, Bələdiyyə sədri, İcma İnkişaf Şurası üzvləri, kənd sakinləri həmçinin, AzKİL-2 və "Ümid” SİD İB-in əməkdaşları iştirak etdilər. Tədbirdə çıxış edən Icma İnkişaf Şurası üzvləri göstərdikləri dəstəyə görə Azərbaycan Hökumətinə, Dünya Bankına, Avropa İttifaqına, Xaçmaz Rayon İcra Hakimiyyətinə, AzKİL-2 -ə, və "Ümid” təşkilatına dərin təşəkkürlərini bildirdilər. Qırmızı lent kəsildikdən sonra istismara verilən layihəyə birgə baxış keçirildi və bununla da tədbir yekunlaşdı.