“İcma yolunun asfaltlanması” layihəsinin icrası başa çatdırıldı
Samux rayonu Seyidlәr kәnd sakinlәri 370 metrlik yolun tәmiri layihәsinin başa çatmasını qeyd etdilәr. Bu layihə 2015-ci ilin iyul ayında Azərbaycan Hökumətinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyə dəstəyi ilə "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” proqramı çərçivəsində Azərbaycan Respublikası Şərq-Qərb İdarəetmə İnstitutu, "Ümid" təşkilatı, Seyidlәr bәlәdiyyәsi vә icma üzvlәrinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir. Tәmir olunmuş yol kәnd tәsәrrüfatı mәhsullarının bazara daha tez çatdırılmasına, habelə kəndin 800 sakininə fövqəladə hallarda yardımın əlçatan olmasına imkan verəcək.