Şabran rayonunun Günəşli və Ağalıq icmalarında yekunlaşmış layihələrin açılış mərasimləri keçirildi16 iyul, 2015-ci il tarixində Şabran rayonunun Günəşli və Ağalıq icma üzvləri yeni iki layihənin uğurla başa çatmasını qeyd etdilər. "İçməli Su Təminatının Yaxşılaşdırılması” layihəsi Günəşli, "İçməli Su Xətlərinin Təmiri” layihəsi isə Ağalıq icmasında "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” proqramı çərçivəsində həyata keçirilmişdir. Açılışda İcra Nümayəndəsi, Bələdiyyə sədri, "Ümid" təşkilatının əməkdaşları, Günəşli və Ağalıq İcma İnkişaf Şurası və icma üzvləri iştirak etmişlər. Açılış zamanı, icma lideri icma üzvləri adından qonaqları və başqa iştirakçıları salamladı və suyun insan sağlamlığına vacibliyini qeyd edərək, onlara bu şəraiti yaratdıqları üçün Avropa İttifaqına, "Umid" SİD İB-ə və əməyi keçən hərkəsə öz təşəkkürlərini bildirdi. Tədbir iştirakçıların təbrik çıxışlarından sonra qırmızı lentin kəsilməsi ilə yekunlaşdırıldı.