30 İyun 2015-ci il tarixində Şərq Qərb İdarəetmə İnstitutunun "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz ilə strateji tərəfdaşlıqla Azərbaycanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi çərçivəsində Beyləqan rayonu Türklər icmasında "Ehtiyacların qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir. Təlimdə Bələdiyyə nümayəndələri və İcma İnkişaf Şurası üzvləri daxil olmaqla 10 nəfər iştirak etmişdir. Təlim zamanı, təlimçi Bahar Miriyeva iştirakçılara, ehtiyaclar, onların mənbəyi, icmanın daxili və xarici resursları nəzərə alınaraq düzgün qiymətləndirmənin əhəmiyyəti barədə geniş məlumat vermişdir. İştirakçıların qarşılaşdığı çətinliklərlə bağlı suallar təlimçi tərəfindən cavablandırılmışdır. Daha sonra onlar əsas icma ehtiyaclarını müəyyənləşdirmişlər.