Sabirabadda Yeni Tibb Məntəqəsinin Açılış mərasimi
Sabirabad rayonunun Məmişlər icmasında yeni tibb məntəqəsinin açılış mərasimi keçirildi23 iyun, 2015-ci il tarixində Sabirabad rayonunun Məmişlər icma üzvləri yeni tibb məntəqəsinin tikintisinin uğurla başa çatmasını qeyd etdilər. Tibb məntəqəsi Şərq Qərb İdarəetmə İnstitutunun "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz ilə strateji tərəfdaşlıqla Azərbaycanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi çərçivəsində tikilib. Məmişlər kəndi keyfiyyətli səhiyyə xidmətləri üçün müvafiq infrastruktura və avadanlığa malik deyildi, bu yeni məntəqəsi icmanın 1000 yaxın sakininin gündəlik sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.