11 iyun 2015-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” layihəsi çərçivəsində Şabran rayonu Qarabağlar qəsəbəsində humanitar aksiya keçirilmişdir. Aksiya zamanı qəsəbədə məskunlaşmış oğlanlara və qızlara Usta Yanında Şagird Hazırlığı kurslarına cəlb olunmuş qadın və kişi bərbərləri tərəfindən pulsuz saç kəsimi və düzümü xidmətləri göstərilmişdir. Keçirilən xeyriyyə aksiyasından ümumilikdə 35 nəfər faydalanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Şabran rayonu Qarabağlar qəsəbəsi üzrə nümayəndəsi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşları iştirak etmişdir.