Növbəti mübadilə görüşü keçirildi
Fermerlərin iştirakı ilə növbəti təcrübə mübadiləsi səfəri keçirilmişdir. 16 dekabr 2015-ci il tarixdə Avropa İttifaqının maliyyələşdirdiyi "Umid" SİD İB tərəfindən icra olunan "Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü Layihəsi” çərçivəsində hədəf icmalarda fəaliyyət göstərən fermerlərin iştirakı ilə Quba rayonu Zərdabi qəsəbəsində yerləşən Müasir texnologiyalar əsasında inşa edilmiş Meyvə saxlama kamerasında və Quba Regional Aqrar Elm və Məsləhət İnformasiya Mərkəzinin nəzdində yeni yaradılmış "Fermer Evi"ndə təcrübə mübadiləsi görüşü keçirilmişdir. Görüşdə Saxlama kamerasının rəhbəri ərazidə fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunmuş meyvələrin yeni mütərəqqi üsullardan istifadə etməklə keyfiyyətlə saxlanılmasından, kameraların iş prinsipindən danışmış və fermerlərin suallarını cavablandırmışdır.