07 oktyabr 2016-cı il tarixində, Quba Resurs Təlim Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və "Ümid” SİD İB tərəfindən həyata keçirilən "QHT-lərin cəmiyyətin inkişafında rolunun artırılması üzrə tədbirlər” layihəsi çərçivəsində "Azərbaycanın milli maraqlarının və dövlətçiliyinin qorunması və inkişaf etdirilməsində QHT-lərin vəzifələri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada Quba-Xaçmaz regionunda fəaliyyət göstərən Qeyri – Hökumət Təşkilatlarının rəhbərliyi, icma liderləri və tələbələr olmaqla 15 nəfər iştirak etmişdir. Tədbirdə layihə üzrə ekspert Nazim İbadov "Azərbaycanın milli maraqlarının və dövlətçiliyinin qorunması və inkişaf etdirilməsində QHT-lərin vəzifələri” mövzusunda ətraflı məlumat vermiş və iştirakçılarla interaktiv müzakirələr aparmışdır. Dəyirmi masa iştirakçıları Azərbaycanın dövlətçiliyi və milli maraqlarının qorunması ilə bağlı qeyri – hökumət təşkilatlarının üzərinə düşən vəzifə və öhdəliklər barədə fikirlərini və təcrübələrini paylaşmış, bu istiqamətdə müxtəlif təkliflər irəli sürmüşlər. Səslənən təkliflər Azərbaycanda zorakılığa məruz qalmış qadınlar üçün sığınacaqların sayının artırılması, gənclərin qeyri-hökumət təşkilatları yaratmaları üçün qanunvericilikdə stimul verici dəyişikliklərin edilməsi və s. mövzularda olmuşdur.