19 noyabr, 2016-cı il tarixində, Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və "Ümid” SİD İB tərəfindən həyata keçirilən "QHT-lərin cəmiyyətin inkişafında rolunun artırılması üzrə tədbirlər” layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi "QHT məktəbi” iştirakçıları üçün "Azərbaycanın milli maraqlarının və dövlətçiliyinin qorunması və inkişaf etdirilməsində QHT-lərin vəzifələri” mövzusunda müzakirələr təşkil olunmuşdur.

Tədbir zamanı iştirakçılar QHT-lərdə şəffaflıq məsələləri/problemləri və onun Vətəndaş Cəmiyyətinin inkişafına müsbət/mənfi təsiri, QHT-lərin müstəqillik problemləri. Donorlar və onları himayə edən qüvvələrin sifarişlərindən necə azad olmaq mümkündür? QHT-lər ictimai faydalı təşkilatlar kimi, Çirkli pulların yuyulması prosesində QHT-lərin və onun mənfi nəticələri, QHT-lərdə hesabatlılıq məsələləri/problemləri, QHT öz missiyasına uyğunmu fəaliyyət göstərir, yoxsa dolayı yolla, QHT-lərin özünütənzimləmə problemləri. Buna nə və kim mane olur? kimi mövzularla tanış olduqdan, müzakirələr aparıldıqdan sonra qruplara bölünərək, mövzular hazırlamışlar. Daha sonra hər bir qrup öz mövzusunu ümumi auditoriyaya təqdim etmiş və auditoriyanın suallarına cavab vermişdir.