BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) və onun 2011-ci ilin iyul ayında təşkil olunmuş Müstəqil Sessiyası, Komitənin QHT-lərlə bağlı tövsiyəsi ilə "Ümid Sosial İnkişafa Dəstək” İctimai Birliyinə Xüsusi Məsləhətçi Statusu verilməsini qərara almışdır. Təşkilata verilən Xüsusi Məsləhətçi Statusu sayəsində təşkilat ECOSOC-un və onun köməkçi bölmələrinin tədbirlərində, həmçinin, BMT Katibliyində (Sekretariatında), proqramlarında, fondlarda və agentliklərdə fəal iştirak edə və bir çox yolla cəlb oluna bilər.
Məsləhətçi statusunun üstünlükləri və faydaları aşağıdakılardır:
Təşkilatların öhdəyə götürdüyü işlərin təbiəti və həcmindən asılı olaraq, Üzv Ölkələrlə və daha geniş miqyasda BMT ilə məsləhətləşmək də daxil olmaqla, Şuranın işlərinə cəlb olunma yolları barəsində məlumat təqdim edilir; Məsləhətçi Statusu İqtisadi və Sosial Şuranın (Eko-sosial Şuranın) müvəqqəti gündəliyindən xəbərdar olmaq imkanı verir; İclaslarda iştirak və BMT-yə çıxış; Ümumi və xüsusi məsləhətçi statusuna malik təşkilatlar Şuranın fəaliyyətlərinə müvafiq mövzularla əlaqədar xüsusi səriştələri olan sahələrdə yazılı bəyanatlar təqdim edə bilərlər; Ekososial Şurada Şifahi Təqdimatlar; ECOSOC-la və onun köməkçi orqanları ilə məsləhətləşmələr; BMT vəsaitlərindən istifadə, və s.
"Ümid" Məsləhətçi Statusu üzrə öz məsuliyyət və öhdəliklərini yaxşı başa düşür və BMT-nin, xüsusilə ECOSOC-un və onun filiallarının fəaliyyətində iştirak etmək imkanı qazandığına görə, bu uğurda əməyi olan hər kəsə təşəkkür edir.