BP şirkətinin maliyyə dəstəyi ilə "Ümid" HSDM tərəfindən həyata keçirilən Zığ İcmanın İnkişafına Təşəbbüs layihəsi çərçivəsində İcma Maarifləndirmə Layihələri zəncirində birinci ideya SOS-Uşaq Kəndində yaşayan uşaqlara bərbər xidmətinin göstərilməsi ideyası olmuşdur. Müvafiq tərəflərlə müvafiq danışıqların aparılmasından sonra, təklif və biznes plan hazırlanmış və plana müvafiq olaraq layihə həyata keçirilməyə başlamışdır. Fəaliyyət cədvəlinə uyğun olaraq,
Rüxsarə Məmmədova, onun ZİİT layihəsinin komponenti olan Peşə Təlimlərinə cəlb olunmuş şagirdləri və onun həmkarları SOS Uşaq Kəndindəki uşaqları bərbər xidmətləri ilə təmin etmişlər. Uşaqların həyata keçirilən layihə, onun icraçısı və donoru haqqında məlumatlılığının artırılması, həmçinin gələcəkdə onlara peşə seçimi üçün lazım olan sosial bacarıqların verilməsi üçün İRM-nə, peşə təlimi sahələrinə və icmalara ekskursiya təşkil edilmişdir. Dəyirmi Masa fəaliyyət planı üzrə sonuncu fəaliyyət idi.
ZİİT layihəsinə cəlb edilmiş ustalar və şagirdlər, icma üzvləri, SOS kəndinin sakinləri - 15 uşaq, 2 ana, 1 xala ideyanın icmalar arasında ən yaxşı təcrübə kimi yayılması və yeni ideyalara təkan verilməsi məqsədilə "Humanizm yalnız insana məxsusdur" mövzusunda təşkil edilmiş dəyirmi masada iştirak etmişlər. Tədbir iştirakçıların aktiv və ifadəli nitqləri ilə daha məhsuldar olmuşdur.
"Ümid" HSDM-nin İcraçı Direktoru ZİİT layihəsi, donor və icraçı, layihə komponentləri və əlaqəli fəaliyyətlər, İcma Maarifləndirmə Layihələri və SOS-la əlaqəli layihə haqqında danışmışdır. O, hazırkı dövrdə insanlar üçün çox vacib olan xeyriyyəçilik üzrə öz ideyalarını vermiş və təklif etmişdir ki, iştirakçılar bu məsələ üzrə öz təkliflərini versinlər.
SOS Uşaq Kəndində məskunlaşmış 49 uşaq bərbər xidmətləri, 96 gigiyenik paket, 84 məktəbli ləvazimatı, 15 tikiş dəstindən ibarət olan qeyri-ərzaq humanitar yardımlarla təmin edilmişlər. Yardımlar "Azərbaycanda BMT QAK proqramlarına maddi-texniki dəstək" layihəsi çərçivəsində paylanmışdır.
İştirakçılara növbəti maarifləndirmə layihəsi ideyası - "Arzu Əhmədovanın rəsm sərgisi" barədə məlumat verilmiş, bütün iştirakçılar 28 sentyabrda təşkil ediləcək sərgiyə dəvət olunmuşlar. Bundan başqa, orada bildirilmişdir ki, digər istedadlı icma üzvlərinin və müvafiq olaraq bacarıqların müəyyənləşdirilməsi məqsədilə hakimlər şurası yaradılacaq.
"Humanizm yalnız insana məxsusdur" mövzusunda müzakirə yuxarıda göstərilmiş təkliflər və SOS kəndinin kiçik sakinlərinin şən qışqırıqları ilə sona çatmışdır.