Bu səbəbdən də 04 fevral 2005-ci il tarixdə BP Şirkətinin məsləhəti ilə Enerji Avtobusunun növbəti sınaq nümayişi keçirilmişdir. Tədbirdə BP Şirkəti, Avrasiya Fondu, Azərenerji Şirkəti, Energetika İnstitutu və Kredit təşkilatlarının nümayəndələrindən ibarət 12 nəfər iştirak etmişdir.
Tədbir zamanı iştirakçılar layihə və donorlar, avtobusun daxilindəki kabinələr və maketlər barədə məlumatlandırılmış, təhlükəsizlik üzrə təlimatlandırılmışlar. Daha sonra iştirakçılara işlək modellər nümayiş etdirilmiş, broşurlar paylanmışdır.
Tədbirin sonunda iştirakçılar aşağıdakı təklifləri vurğulamışlar:
- Kənd təsərrüfatının inkişafının sürətləndiyi bir zamanda Azərbaycanda bioqaz qurğusunun daha geniş nümayiş olunması məqsədəuyğundur;
- Respublikanın bütün regionlarında nümayiş olunması məqsədyönlüdür;
- Azərbaycanın dağ çayları olan ərazilərində Mikro SES-lərin quraşdırılmasına ehtiyac vardır;
- İcma üzvlərinin bu cür maarifləndirilməsi faydalı olardı.