"İçməli su təchizatının yaxşılaşdırılması" Proqramı BP və Tərəfdaşlarının dəstəyi ilə 2005-ci ildən başlayaraq BTC/Cənubi Qafqaz Boru Kəməri boyu icmalarda həyata keçirilir.
YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilmişdir.
Konfransda YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirdilər.
«Sub-regional hədəflə Avropada Savadlanma Problemlərinin həlli: Əməkdaşlıqların Yaradılması və Yeni Yanaşmaların İnkişafı» adlı «Qlobal Savadlanmanın Dəstəklənməsi üzrə YUNESKO Sub-Regional Konfransı qlobal savadlanmanı dəstəkləyən Birləşmiş Millətlər Təşkilatının Savadlanma Dekadası (BMTSD) və YUNESKO-nun Savadlanma Təşəbbüsü (ST) çərçivəsində YUNESKO tərəfindən təşkil edilən altı regional və ya sub-regional konfransların bir hissəsini təşkil edirdi.
Konfranslar Hamı üçün Təhsil-in (HÜT) məqsədlərindən biri və ömürlük öyrənmənin bünövrəsi kimi milli, regional və beynəlxalq səviyyələrdə savadlanmanı irəlilətmək üçün əsas hərəkətverici qüvvənin bir hissəsidir.
Hal-hazırda YUNESKO Avropanı sub-regional hədəflə (mərkəzi, şərqi və cənub-şərqi Avropa və Baltikyanı ölkələr) əhatə edəcək beşinci konfransı təşkil edir ki, bu konfrans 30 ölkəni əhatə etmişdir.
Konfransın məqsədi aşağıdakılardan ibarət olmuşdur:
- HÜT çərçivəsində qlobal savadlılıq hərəkətverici qüvvəsinin və BMTSD-nın bir hissəsi kimi sub-regionda gənclərin və yaşlıların savadlanması üçün güclü təbliğata cəhd etmək;
- Gənclərin və yaşlıların savadlanmasında başlıca çətinliklər və nailiyyətlərin müəyyənləşdirilməsi və müzakirəsi, həmçinin gələcək yolda tövsiyyələrin hazırlanması;
- Ən yüksək siyasi səviyyədə savadlanma istiqamətində (artan investisiya və resurslar daxil olmaqla) yeniləşdirilmiş öhdəliklərin hazırlanması;
- Hökumətləri, QHT-ləri, özəl təchizatçıları, inkişaf agentliklərini, universitetləri və s. cəlb etməklə BMTSD və Hamı üçün Təhsil (HÜT), Minilliyin İnkişaf Məqsədləri (MİM) və BMT-nin Dayanıqlı İnkişaf üçün Təhsil Dekadası (DİTD) kimi digər qlobal təşəbbüslər çərçivəsində effektiv milli savadlanma proqramlarının və siyasətlərinin dəstəklənməsində bütün maraqlı tərəflər arasında koalisiya və əməkdaşlığın yaradılması;
- Savadlanma sahəsində müvəffəqiyyətli və effektiv təcrübələrin mübadiləsi, bilik bazasına çıxış;
- Avropada BMTSD üçün yeni təkanın hazırlanması və 2008-ci ildə BMTSD-nın yarım-dekada baxışına hazırlığa yardım etmək.