"Ümid-98" Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən qeyri-bank kredit təşkilatı olan "Ümid-Kredit" MMC yaradılmış və 2003-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır.
"Ümid-98" HSDM-nin "Ümid-Kredit" MMC-ni yaratmaqda məqsədi öz iqtisadi fəaliyyətini "Ümid-Kredit"ə ötürmək və özünü-maliyyələşdirən kredit təşkilatı yaratmaqla öz iqtisadi fəaliyyətini genişləndirməkdən ibarətdir.
"Ümid-Kredit" MMC-nin məqsədi aztəminatlı ailələrin sahibkarlıq fəaliyyətini genişləndirmək üçün kreditlərin verilməsi, kiçik qrupların və ayrı-ayrı şəxslərin gəlir yaratma sahələri yaratmasına kömək etmək və mövcud biznes sahələrinin genişləndirilməsidir.
"Ümid-Kredit" MMC öz kredit fəaliyyətinə başlamaq üçün Azərbaycan Respublikası Milli Bankının normativ aktları və Azərbaycan Respublikası "Bank və bank fəaliyyətləri haqqında" Qanununa əsasən kreditlərin sənədləşdirilməsi, verilməsi və onlara nəzarət üzrə öz daxili qaydalarını hazırlamış və təsdiq etmişdir. Bu qaydalara "Ümid-Kredit"in kredit vermək, kreditlərin növləri, müddəti, ödəniş şərtləri, maraq faizi, girov və onun növləri, girovun qiymətləndirilməsi və s. üzrə bacarıqları daxildir.
"Ümid-Kredit" öz fəaliyyətini Sumqayıtda başlamağı planlaşdırır, çünki o, həm ərazini, həm də bu ərazidə əhalinin məşğulluq sahələrini yaxşı tanıyır. İqtisadi imkanların genişləndirilməsi məqsədilə bu günə kimi Sumqayıtda (Sarı Qaya və Tağıyev qəsəbələri daxil olmaqla) birbaşa 1300 nəfəri əhatə edən 9 layihə həyata keçirilmişdir. Hal-hazırda, Sumqayıtda 486 nəfər 2 iqtisadi layihədən ("Yığım və Kredit", "İcma Komitələri vasitəsilə fərdi borcların verilməsi") faydalanır. Hər iki layihənin 2003-cü ilin iyun ayında sona çatmasını əsas tutaraq, onlar "Ümid-Kredit" üçün real müştərilərdir. Qeyd etmək lazımdır ki, həftəlik və ya aylıq görüşlərin iştirakçılarına məlumat verilmişdir ki, "Ümid-Kredit" yaxın günlərdə fəaliyyətə başlayacaq. "Ümid-Kredit" MMC öz təsisçisi olan "Ümid" HSDM-nin təcrübəsindən istifadə edərək, icmalara və kiçik qruplara kreditlər verməyi üstün tutur. Bu, vətəndaş cəmiyyətinin qurulmasında və kreditlərin istifadəsi və qaytarılması zamanı risklərin azaldılmasında, həmçinin icma-daxili əlaqələrin inkişafında icmanın aktiv iştirakını təmin edəcəkdir.
"Ümid-Kredit" aztəminatlı əhalinin iqtisadi imkanlarının genişləndirilməsi ilə yanaşı öz fəaliyyətini müasir kredit bazarının tələblərinə uyğun təşkil etməyi, güclü maliyyə (kredit) bazası yaratmağı və Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları ilə əməkdaşlıq, sağlam rəqabət şəraitində işləməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə, o, beynəlxalq maliyyə təşkilatları ilə əlaqələr yaratmağa və onları inkişaf etdirməyə, yeni fondlar cəlb etməyə və vəsaiti daima artırmağa çalışacaqdır.