31 iyul 2017-ci il tarixində, Sabirabad rayonunda yerli səviyyədə "Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü adlı 2-ci seminar keçirilmişdir. Tədbirdə yerli səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru (Sabirabad RİH Başçısının müavini) Vahid Həsənov, yerli QHT və MMC-lərin təmsilçiləri, 15 icmadan İcra Nümayəndələri, Bələdiyyə, İcma İnkişaf Şurası və icma üzvləri iştirak etmişlər. Tədbiri yerli səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Vahid Həsənov açmış, seminarın məqsədi və gündəlik barədə iştirakçıları tanış etmişdir. Daha sonra layihə rəhbəri Əflatun Verdiyev yerli səviyyədə "Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü layihəsi çərçivəsində həyata keçirilmiş fəaliyyətlər və onun ilkin nəticələri ilə bağlı ətraflı məlumat vermiş, iştirakçılar tərəfindən verilən sualları cavablandırmışdır. Layihə barədə məlumatların verilməsindən sonra yerli səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın əsasnaməsi bənd-bənd oxunmuş və platforma üzvlərinin müzakirəsinə çıxarılmışdır. Müzakirələrdən sonra əsasnamə səsə qoyularaq qəbul edilmişdir. Tədbirin davamında yerli səviyyədə "Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü layihəsindən öyrəndiklərimiz və icmalarda ən çox rast gəlinən problemlər barədə qrup (4 qrup) işləri aparılmışdır. Hər bir qrup qeyd edilən mövzu üzrə hazırladıqları rəy və təklifləri seminar iştirakçılarına təqdim etmişlər. Qrup təqdimatları ətrafında maraqlı müzakirələr aparılmış, səslənən təkliflərin müvafiq dövlət və yerli özünüidarəetmə qrumlarına təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir. Seminar iştirakçıların yerli səviyyəli "Açıq Hökumətin Təşviqinə dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın növbəti iclasının 2017-ci ilin sentyabr ayında keçirilməsi barədə qərar qəbul etməsi ilə yekunlaşdırılmışdır.
Seminar Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin eksperti Əflatun Verdiyev tərəfindən reallaşdırılan "Yerli səviyyədə "Açıq Hökumət Tərəfdaşlığına” başlamaq təşəbbüsü” adlı layihə çərçivəsində keçirilmişdir.