"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrayıl İsgəndərov Ukraynanın Dnepropetrovsk şəhərində, Almaniyanın "German-Russian Exchange (DRA)” və Ukraynanın "East Europe Foundation” təşkilatları tərəfindən təşkil olunmuş "Sosial təşəbbüslərin müharibə nəticəsində yaranan sosial-iqtisadi münaqişələrin həllində vətəndaş cəmiyyəti üçün bir vasitə kimi rolu" adlı beynəlxalq konfransda, ekspert qismində iştirak etmişdir. İsrayıl İsgəndərov konfransın iki sessiyasında
  1. "Sosial sahibkarlıq kiçik icmalarda əhalini fəallaşdırmaq və  sosial-iqtisadi problemlərin həll edilməsində bir vasitədir" adlı məruzə ilə;
  2. "Sosial sahibkarlığı yaxın 3 il ərzində Avropada necə təsəvvür edirik?” adlı yekun sessiyada isə "Sosial Sahibkarlığın inkişafının institusonal əsasları” adlı məruzə ilə çıxış etmişdir.