"Ümid" SİD İB-nin əməkdaşı QHT-lərlə bağlı qanunvericiliyə dair hüquqi maarifləndirmə sessiyalarında iştirak etmişdir.
QHT-lərlə bağlı qanunvericiliyə dair hüquqi maarifləndirmə proqramı çərçivəsində 18-22-25-26 noyabr tarixlərində 4 günlük təlim sessiyaları keçirilmişdir. Təqdimatçılar "MG Consulting" MMC-nin direktoru Məhəmməd Quluzadə və "Konstitusiya Araşdırmaları Fondu"nun sədri və Açıq Hökumət Milli Platformasının əlaqələndiricisi Əliməmməd Nuriyev olmuşdur. Təlim sessiyalarında "Ümid" SİD İB-ni Əflatun Verdiyev təmsil etmişdir.