Avqustun 10-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda konfrans keçirilib. 

Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Mətbuat Şurasının sədri, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Həmin qeyri-hökumət təşkilatlarının nümayəndələri sırasında "Ümid" Sosial İnkişafa Dəstək İctima Birliyinin İcraçı Direktoru, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov da olub. 

Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edərək konfransın gündəliyi barədə məlumat verib.

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilib, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

"ÜMİD" SİD İB-nin İcraçı Direktoru "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" adlı konfransda iştirak edib