Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi "ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsinin hazırlıq mərhələsində nəzərdə tutduğu fəaliyyətləri müəyyən edərək layihənin icrasına başlayıb.
Tədbirlər planında "Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə, beynəlxalq təşkilatların mənzil qərargahlarında "Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əsas prioritet qoyulmuşdur.
Təşkilat layihənin uğurlu icrasının əsasını təşkil edən layihə heyyətini formalaşdırmış, layihənin geniş planlaşdırma işlərini, o cümlədən idarəetmə planı, maliyyə planı, kommunikasiya planı, satınalma planı, heyyətin əməliyyat planı, risklərin idarə edilməsi planı hazırlamış və həmin planlar üzrə icra prosesinə start vermişdir.
Layihənin əsas məqsədi xarici ölkələrdə, o cümlədən ABŞ-ın Kaliforniya Ştatında "Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi və təbliğat xarakterli işlərin görülməsidir.
Layihə müddətində ABŞ-ın Kaliforniya ştatında, San-Fransisko və Sakramento şəhərlərində müxtəlif mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Mənbə: QHT Agentliyi