29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Azərbaycan Respublikası Təhsil İnstitutu və Bakı şəhər Təhsil İdarəsinin metodoloji dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsi çərçivəsində "İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair sorğu vərəqələrinin müzakirəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada "Ümid” SİD İB-nin rəhbərliyi, Təhsil İnstitutu yanında İctimai Şuranın üzvləri, Azərbaycan Respublikası Təhsil İnstitunun direktoru, Bakı Təhsil İdarəsinin əməkdaşları və təhsil sahəsi üzrə fəaliyyət göstərən QHT rəhbərləri iştirak etmişlər. Tədbirdə "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsi barədə ətraflı məlumatlar verilmiş, icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair sorğu vərəqələrinin təqdimatı keçirilmişdir. Dəyirmi masanın davamında təqdim edilmiş sorğu vərəqələri barədə iştirakçı ekspertlər tərəfindən rəy və təkliflər bildirilmiş, sorğu nəticələrinin daha effektiv olması üçün metodlar müzakirə edilmişdir.
Layihənin "Hədəf icmalarında icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin araşdırılması və öyrənilməsi” vəzifəsi çərçivəsində hazırlanan birinci sorğu blankında valideyn-məktəb münasibətlərinin öyrənilməsi, ikinci sorğu blankında isə icmada nüfuzlu şəxslərin, hökumət orqanlarının, sahibkarların məktəblə münasibətlərinin öyrənilməsi üçün suallar əks olunub.