Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İnstitutunun texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsi çərçivəsində Suraxanı rayonu Hövsan icmasında 14-19 oktyabr 2022-ci il tarixi ərzində silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, hədəf icma ilə ilkin tanışlıq və layihə çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədi ilə Hövsan qəsəbəsində fəaliyyət göstərən Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbində görüş keçirilmişdir. Görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, "Ümid” SİD İB-in İcraçı Direktoru İsrayıl İsgəndərov, Layihə rəhbəri Əflatun Verdiyev, yerli Bələdiyyə sədri, İcra Nümayəndəsinin müavini və məktəb rəhbərliyi iştirak etmişlər. Tədbirdə iştirakçılara icra edilən layihə barədə ətraflı məlumatlar verilmiş, hədəf icmada məktəb-icma münasibətlərinin araşdırılması istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə edilmişdir.
Layihə çərçivəsində növbəti tədbir 19 oktyabr 2022-ci il tarixində hədəf Hövsan qəsəbəsində yerləşən Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbin müəllim kollektivi ilə keçirilmişdir. Tədbirdə layihə rəhbəri Əflatun Verdiyev layihə barədə ətraflı məlumatlar vermiş, məktəb-icma münasibətlərinin araşdırılması məqsədilə məktəb rəhbərliyi, müəllim və valideynlərlə keçiriləcək sorğu vərəqələrinin slaydlarla təqdimatını etmiş, iştirakçıların suallarını cavablandırmışdır.
Layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin təşkil olunmasına verdikləri dəstəyə görə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbin rəhbərliyinə "Ümid” SİD olaraq təşəkkürümüzü bildiririk.