29 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsi çərçivəsində "İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada "Ümid” SİD İB-nin rəhbərliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı şəhərində fəaliyyət göstərən bir neçə orta məktəbin direktorları, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları, təhsil sahəsi üzrə fəaliyyət göstərən QHT rəhbərləri, təhsil ekspertləri, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Bakı Təhsil İdarəsinin əməkdaşları iştirak etmişlər.
"Ümid” SİD İB-nin İcraçı direktoru İsrayıl İsgəndərov giriş sözü ilə tədbiri açaraq icra edilən layihə barədə və layihə çərçivəsində Suraxanı rayonu Hövsan icmasında 280 saylı tam orta məktəb və Xəzər rayonu Türkan icmasında 262 saylı tam orta məktəblərdə məktəb-icma münasibətlərinin araşdırılması prosesi barədə məlumat verib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova çıxışında Təhsil Nazirliyinin məktəb-icma münasibətlərinin araşdırılması və məktəb-icma əməkdaşlığı modelinin tətbiqi istiqamətindəki məqsədyönlü fəaliyyətləri barədə məlumat verib. O, bildirib ki, icmanın məktəbin təhsil prosesində yaxından iştirak etməsi məktəb-icma münasibətlərinin yaxşılaşmasına və məktəb nüfuzunun artırılmasına böyük töhfə verəcəkdir.
Tədbirdə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan və Xəzər rayonu Türkan icmalarında icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı keçirilib.
Tədbirin davamında sorğu nəticələri ilə bağlı müzakirələr aparılmışdır. Çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, təhsil eksperti Nadir İsrafilov, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və s. iştirakçılar məktəb-icma münasibətlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi, valideynlərin və icma üzvlərinin təhsil prosesində rolunun artırılması barədə fikirlərini bildirmişlər.

Tədbirin sonunda icma-məktəb münasibətlərinin yaxşılaşdırılması və icma üzvlərinin məktəbin təhsil prosesində fəal iştirakının təmin edilməsi istiqamətində təkliflər verilib.

“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib
“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib
“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib
“İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş sorğu nəticələrinin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib