27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30
radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı
Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs kalaşnikov markalı
avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini
qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun
qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Hücumun
dəf edilməsi zamanı həlak olan şəhidimiz - Azərbaycanın İrandakı
səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərova Allahdan rəhmət
diləyir və bu siyasi terror aktını qətiyyətlə pisləyirik.