Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində fevralın 3-də Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirildi. İclasda Məktəb İnkişaf Şurasına 1 nəfər şagird üzv seçildi.