Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədri fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyinin önündə yaradılmış guşənin qarşısına əklil qoyub.
QHT nümayəndələri bu ağır günlərdə bütün Azərbaycanın Türkiyə ilə birlikdə olduğunu vurğulayaraq qardaş ölkənin səfirliyinin əməkdaşlarına dərin hüznlə başsağlığı veriblər.
Bu fəlakət nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad edilib, yaralılara şəfa dilənib. Azərbaycan QHT-ləri qardaş ölkənin ağır günlərində onların yanında olduqlarını, bu faciənin bütün Azərbaycanı dərindən sarsıtdığını qeyd edib, qardaş Türkiyə xalqının dərdinə şərik çıxdıqlarını bildiriblər.
Türkiyədəki zəlzələ ilə bağlı bir qrup QHT sədri qardaş xalqa başsağlığı verib