Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq İfadəsi Günü beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə təsis olunmuşdur.
Təmənnasız Xeyirxahlıq İfadəsi Günü 1995-ci ildə Kolorado ştatının Denver şəhərində The Random Acts Of Kindness Foundation adlı qeyri-kommersiya təşkilatı tərəfindən təsis edilmişdir. Bu hadisə 9 il sonra, 2004-cü ildə Yeni Zelandiyaya yayıldı və bayramın qeyd olunması getdikcə daha geniş vüsət alaraq bu gün artıq ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir.
Təmənnasız Xeyirxahlıq İfadəsi Günü ideyası xeyirxahlıq hisslərini oyatmaq və kiminsə gününü işıqlandırmaqdır. Hər kiçik xeyirxahlıq əlamətdar hesab olunur. Bu gün başqalarını iltifat və şəfqətlə ruhlandırmaqdan çəkinməyin.