“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirildi
Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) texniki dəstəyi ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai
Birliyinin ("Ümid” SİD) "T-Network”- təhsil işçilərinin təcrübə və
kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının
inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü”
layihəsi çərçivəsində fevralın 16-da Bakı şəhəri M. Mehdiyev adına 280
nömrəli tam orta məktəbdə müəllim, valideyn, şagird və icma
nümayəndələri ilə iclas keçirildi. İclasda müəllim, şagird, bir neçə
valideyn və icma nümayəndəsi Məktəb İnkişaf Şurasına üzv seçildi.