Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad
qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Aksiyada
Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş
sektorunun müdiri Vüsal Quliyev, Ekologiya və Təbii Sərvətlər naziri
Muxtar Babayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul
əməkdaşları Əli Pənahov və Samir Məmmədov, Agentliyin Müşahidə Şurasının
üzvləri İsrail İsgəndərov, İlqar Orucov, Azər Allahverənov, Zaur
İbrahimli, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi
Əliyev, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri
iştirak ediblər.
Aksiyanın
keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf
mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər
Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin
yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji
mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji
siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə
ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi
istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aksiya
zamanı Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 3 hektar əraziyə
2000-dən çox Eldar şamı, zeytun ağacları əkilib, ərazidə olan
bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri
aparılıb.