Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru ilə görüşüb
Agentliyin
icraçı direktoru Aygün Əliyeva Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafı eyni zamanda, Agentliyin bu istiqamətdə BMT-nin müxtəlif
təsisatları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Davamlı İnkişaf
Məqsədlərinin əldə olunması istiqamətində Agentliyin BMT-nin rezident
əlaqələndiricisi ilə memorandum imzaladığını və bu çərçivədə vətəndaş
cəmiyyəti təsisatlarının fəallığını qeyd edib.
Baş
direktor isə öz növbəsində Agentliyin nümayəndə heyətini Cenevrədə
görməkdən məmnun olduğunu və gələcəkdə BMT təsisatları ilə Agentliyin
əməkdaşlığının Azərbaycan vətəndaş cəmiyyəti üçün müsbət nəticələr
verəcəyinə əminliyini bildirib.