Agentliyin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində olublar.
Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə
şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi
nümayəndəsi Qalib İsrafilovla görüşüblər.
Nümayəndə heyətini salamlayan Qalib İsrafilov BMT-nin 52-ci insan hüquqları sessiyasında yerli QHT-lərin təmsilçiliyi və fəallığının
əhəmiyyətli olduğunu və BMT-nin müxtəlif strukturları tərəfindən
vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığının diqqətdə saxlanıldığını
bildirdi.
Daha sonra
çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva BMT-nin təsisatları
və digər nizamnamə orqanları ilə əməkdaşlığın Agentlik üçün prioritet
istiqamətlərdən biri olduğunu vurğulayıb. Vətəndaş Cəmiyyəti
təsisatlarının qeyd olunan tədbirlər çərçivəsində iştirakının davamlı
olması üçün sistemli iş aparılmasının vacibliyindən, beynəlxalq
əməkdaşlığın gücləndirilməsi üçün qarşıda duran hədəflərdən bəhs edib.