“Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Elm və Təhsil Nazirliyinin maliyyə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) texniki dəstəyi və "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ("Ümid” SİD İB) "T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə icra etdiyi "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində martın 28-də Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə müəllim, valideyn, şagird və icma nümayəndələri ilə Məktəb İnkişaf Şurasının iclası keçirilib. Görüşdə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru İsrayıl İsgəndərov da iştirak edib.