"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru
İsrayıl İsgəndərovun "Ölkədə effektiv təhsil liderlərinin
formalaşdırılması" adlı məqaləsi dərc olunub.
Bu günün texnoloji imkanları və ictimai münasibətlərin dinamikası
məktəblərin yeganə/vahid bilik mənbəyi statusunu dəyişir. Bu dəyişiklik
isə istər istəməz prosesə mane olan təşkilati maneələri aradan qaldırır
və məktəblərdə liderlik kompetensiyasının qurulmasına doğru aparır. Məktəblər bilik mənbələrindən daha çox "Peşəkar öyrənmə
mərkəzlərinə/icmalarına” çevrilməyə doğru gedirlər.
"Peşakar öyrənmə mərkəzlərinə/icmalarına” çevrilmək istəməyən məktəb
isə rəqabətə davam gətirməyəcək və öz bilik mənbələri olmaq statusunu da
itirməyə məhkumdurlar.
"Peşakar öyrənmə mərkəzlərinin/icmalarının” yaradılması isə onun
üzvlərinin bacarıqlarının təkmilləşdirilməsi və dəstəklənməsi
imkanlarından asılıdır. Fərdi bacarıqların komanda və təşkilati
bacarıqlara çevirilməsi isə müəssisənin liderindən asılıdır, effektiv
liderlik günün tələbədir.
Hazırda ölkədə effektiv təhsil liderlərinin formalaşdırılması
istiqamətində müəyyən işlər görülür, ETN və bəzi universitetlərdə
müxtəlif layihə və proqramlar var, magistr səviyəsində təhsil liderliyi
istiqamətində ixtisaslar açılıb (ADA, ADPU və s), müxtəlif fənlər tədris
olunur. Bu ixtisaslara maraq hər il artmaqdadır və ümid edirəm ki,
Azərbaycan təhsil sistemində effektiv təhsil liderlərinin formalaşması
prosesi dahada sürətlənəcək.
Daha ətraflı 'Bax-az.info' Onlayn Xəbər Portalında:
https://bax-az.info/?p=14120&fbclid=IwAR2IxF4IVb4T8_SivxymoSJUzXBcJNKv3atXt-V1fnhXr2n--Hwfuyppl60