"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı direktoru, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Cənab İsrayıl İsgəndərovun həmin kollecin Davamlı təhsil və təlim şöbəsinin müdiri Sevinc xanım Hacıyeva ilə birlikdə "Nəsillər nəzəriyyəsi" adlı məqaləsi "Azərbaycan müəllimi" qəzetinin 07 aprel 2023-cü il tarixli 13№-li nəşrində dərc olunub.
İsrayıl İsgəndərov: Nəsillər və Nəsillər nəzəriyyəsi nədir?
Məqalədən çıxarış:
"Nəsillər - bir xronoloji zaman aralığında anadan olan, analoji
şərtlərdə yaşayıb böyüyən ictimai insanlar qrupudur. Nəsillər
nəzəriyyəsi - tarixdə zaman dövrlərinə xas olan xüsusiyyətlərin,
həmçinin müəyyən xronoloji zaman aralıqlarında anadan olan insanların
dünyagörüşünün təsviridir. Nəsillər nəzəriyyəsinin yaranmasına təsir
edən amillərdən biri də dünyada yaşanan iqtisadi "yelləncək"dir:
stabillik, defolt, inflyasiya, yüksəliş, pandemiya və s. Hər bir zaman
hadisəsindən sonra insanların adət etdikləri komfort səviyyəsi dəyişir,
ixtisas sahələri yaranır və yox olur, cəmiyyətin nəyəsə tələbatı artır
və ya azalır..."
Məqalənin tam versiyasını https://www.muallim.edu.az/ saytından əldə edə bilərsiniz.