Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və
kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək
İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi
vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 14
aprel 2023-cü il tarixində Xəzər rayonu Türkan və Suraxanı rayonu Hövsan
icmalarında formalaşdırılmış Məktəb İnkişaf Şurası üzvlərinə "Layihə təklifinin
yazılışı” mövzusunda təlim keçirilib. Təlimlərdə
layihə təklifi anlayışı, layihənin məqsədi, problemin təsviri, layihənin təsiri,
dayanıqlığı və s. barədə bilgilər verilmişdir. Təlim iştirakçıları qruplar şəklində
müzakirələr apararaq müxtəlif mövzularda layihə təklifi hazırlamaqla biliklərini
möhkəmləndirmişlər.
2022-ci
ilin dekabr ayından icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə
məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin əsas ideyası məktəb-icma
münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail
olmaq və effektiv məktəb mühitini formalaşdırmaqdır. Layihə çərçivəsində Türkan
qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə
Məktəb İnkişaf Şurası formalaşdırılıb.
Qeyd:Elm və Təhsil Nazirliyi məqalənin məzmununa görə məsuliyyət daşımır