28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.
28 May – Müstəqilliyimizin şərəf tarixidir
1990-cı ildən Respublika Günü dövlət
bayramı kimi qeyd edilirdi. Lakin Azərbaycan parlamentinin 15 oktyabr
2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında” yeni
qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun
təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət
Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik
Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
1917-ci
ildə baş vermiş Fevral inqilabı nəticəsində Çar Rusiyası süqut etdi.
Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı
başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
(1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.
Azərbaycan
Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika
və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.
Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı
daşnak və digər yadelli qüvvələrdən təmizləndikdən sonra milli hökumət
Gəncədən Bakıya köçdü.
Müstəqil
Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və
qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və
qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu,
milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr
və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə
tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s.
müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci
il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli
bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik
Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan
Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi
23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan
Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb
müvəqqəti olaraq devrildi. Sovet İttifaqı, Azərbaycanı məcburi surətdə
öz tərkibinə daxil etdi. Lakin istiqlal ideyası yenilmədi və 1991-ci
ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.