Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 9 iyun 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının təqdim etdiyi üç layihənin nümayişi keçirilib.

1.    "Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu  
Auksionda məktəbin rəsm dərnəyindən şagirdlərin rəsm əsərləri satışa çıxarılmışdır, satışdan yığılan vəsait Türkiyədə zəlzələdən ziyan çəkmiş uşaqlara göndəriləcək.
2.    "Tarixi abidələr” adlı kitabın təqdimatı
İcmanın dəstəyi ilə Türkan qəsəbəsində yerləşən abidələr haqqında broşür hazırlanıb. Broşürün hazırlanmasında icma üzvü fotoqraf Xeyrəli Qərib oğlu Həsənovun böyük əməyi olub.
3.    "Məktəbyanı sahənin su qovşağının təmiri”  
Məktəbyanı sahənin su qovşağının təmirində lazımi materiallar layihə büdcəsindən alınıb, təmir işləri icma tərəfindən həyata keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgər oğlu Abbasov, "Ümid” SİD İB-nin İcraçı Direktoru İsrayıl İsgəndərov, T-Network platformasının Təhsil Proqramlarının İnkişafı üzrə koordinator Samirə Həsənzadə, Türkan qəsəbəsinin İcra Hakimiyyəti, Bələdiyyə nümayəndələri, məktəb direktorları, Məktəb İnkişaf Şuralarının üzvləri iştirak ediblər.

13 iyun 2023-cü il tarixində Türkan qəsəbəsində yerləşən 262 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının daha bir layihəsinin nümayişi, Heydər Əliyevin 100 illiyinə və Azərbaycan Respublikasının Qurtuluş gününə həsr edilmiş "Sən elə bir zirvəsən...” adlı tədbir keçirilib. Tədbirdə "Ümid” SİD İB-nin nümayəndələri, məktəb rəhbərliyi, Məktəb İnkişaf Şurasının üzvləri, valideynlər və icma nümayəndləri iştirak edib.

"Bir millət, iki dövlət – Azərbaycan-Türkiyə” xeyriyyə auksionu layihəsi çərçivəsində məktəbdə tədbirlərin keçirilməsində böyük ehtiyac olan səyyar proyektor, "Sən elə bir zirvəsən...”   layihəsi çərçivəsində milli rəqs paltarları alınmışdır.

14 iyun 2023-cü il tarixində Bakı şəhəri Hövsan qəsəbəsi M. Mehdiyev adına 280 №-li tam orta məktəbdə Məktəb İnkişaf Şurasının təqdim etdiyi iki layihənin nümayişi keçirilib.

1.    "Məktəbdə radio qovşağının hazırlanması”
Radio qovşağı ilə hər gün məktəb yenilikləri, tarixi hadisələr, xəbərlər, elanlar şagirdlərə çatdırılacaq.  Radio qovşağından ilk dəfə 2022-2023-cü il məzunlarının son zəngində istifadə edildi.
2.    "Milli rəqs geyimlərinin alınması”
Layihənin həyata keçirilməsi məktəblilərin ictimai tədbirlərə maraq və həvəslərini artırmağa, onların icma ilə birgə icma üçün çalışmaq arzusunun reallaşmasına kömək edəcək, istedadlı məktəblilərin qabiliyyətlərini nümayiş etdirməsinə şərait yaradacaq, həmçinin valideynlərin tədbirlər zamanı milli geyim əldə etmək üçün sərf etdiyi vaxta və xərcə qənaət etməsində çox böyük dəstək olacaq.

2022-ci ilin dekabr ayından icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq və effektiv məktəb mühitini formalaşdırmaqdır. Layihə çərçivəsində Türkan qəsəbəsi 262 saylı və Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəblərdə Məktəb İnkişaf Şurası formalaşdırılıb. Onlara 16 mövzuda dəyirmi masa, 8 mövzuda təlim keçirilib. Əldə olunan biliklər nəticəsində və məktəbin ehtiyaclarını nəzərə alaraq hər iki məktəbin Məktəb İnkişaf Şurasının üzvləri 5 layihə hazırlayıb təqdim edib. Təqdim olunan layihələrdən Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 №-li tam orta məktəbdə 2 layihə, Xəzər rayonu Türkan qəsəbəsi 262 №-li tam orta məktəbdə 4 layihə sözügedən layihə çərçivəsində maliyyələşdirilib.

Qeyd: Elm və Təhsil Nazirliyi məqalənin məzmununa görə məsuliyyət daşımır.

Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib
Məktəb İnkişaf Şurasının təqdim etdiyi layihələrin nümayişi keçirilib