İcma: Fransanın Ermənistanın tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına təhqirdir
Fransanın
Xarici İşlər Nazirliyinin bu ölkənin xarici işlər naziri Katrin
Kolonnanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla avqustun
15-də telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın
beynəlxalq hüququn norma və prinsiplərinə və insan haqlarına
hörmətsizliyinin və Azərbaycanofob siyasətinin növbəti bir sübutudur.
Qeyd
olunub ki, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz
yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl
etməsinə, Azərbaycan ərazisinin 20 faizini işğal edib oradakı 900-ə
yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək
oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü
humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır.
Azərbaycan
Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı
dəstələri oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu
bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj,
quldurluq və terrorçuluqdan başqa bir şey deyil.
Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.
"Biz
Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd siyasətini
və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan
haqları məsələsi olan Ermənistandan qovulmuş azərbaycanlıların öz
evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq”, - deyə İcmanın
bəyanatında vurğulanıb.