2020-ci
il oktyabrın 3-ündə 26 ildir düşmən tapdağında olan Suqovuşan kəndi
Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu, şanlı
bayrağımız əzəli torpaqlarımızda dalğalandı.
Vətən müharibəsində ilk
Qələbəmizin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına
əsasən "Madagiz" adı dəyişdirilərək tarixi "Suqovuşan" adı ilə əvəz
edildi, tarixi ədalət bərpa olundu.