Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad
qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. "Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı 1 hektar ərazidə
Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və
zeytun ağacları əkilib.
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini
ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və
artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərdən birinə
çevirmək, iqlim dəyişmələri ilə mübarizəyə töhfə verməkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Aksiya davamlı olacaq.