Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda iştirak edib
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Konfransı açan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Sabahınız xeyir. Əziz qonaqlar, Qarabağa xoş gəlmisiniz, Şuşaya xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam.
Əvvəla müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün mən ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Məni bu konfransa dəvət etdilər və mən burada - Qarabağda görüşməyə qərar verdim.
Mən ADA Universitetinin təşkil etdiyi bir çox tədbirlərdə olmuşam, Bakıda beynəlxalq ekspertlərlə, ictimai xadimlərlə görüşmüşəm, lakin burada belə bir görüş ilk dəfədir ki, keçirilir. Ümid edirəm ki, Azərbaycana ziyarətinizdən, Şuşaya səfərinizdən məmnun qalacaqsınız. Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi isə Şuşa demək olar ki, sıfırdan yenidən qurulur.
Bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.

Preparation of project cost estimation was discussed with School Development Councils

Preparation of project cost estimation was discussed with School Development Councils

A round table was held on May 2, 2023, at the secondary schools No. 280 named after M. Mehdiyev in Hovsan settlement, Baku, and No. 262 located in Turkan settlement, Khazar district as part of the project "Initiative to improve the school’s reputation through the development of the school community” carried out by "Umid” Support to Social Development Public Union ("Umid” SSD) and T-NETWORK, an educators’ experience and communication platform, with funding from the Ministry of Science and Education of the Republic of Azerbaijan and technical support from Baku city Education Department. The development of the cost estimation of the projects proposed by the School Development Councils and chosen for funding was the topic of discussion at the round table.


Məktəb İnkişaf Şurası ilə layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub

Məktəb İnkişaf Şurası ilə layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin texniki dəstəyi və "T-Network” - təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsi çərçivəsində 2 may 2023-cü il tarixində Bakı şəhəri M. Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə və Xəzər rayonu Türkan qəsəbəsi 262  nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilib. Dəyirmi masada Məktəb İnkişaf Şuraları tərəfindən təqdimolunan  və maliyyələşdirilmə üçün seçilmiş layihələrin smeta xərclərinin hazırlanması müzakirə olunub.