BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının dəstəyi altında qaçqın, məcburi köçkün və sığınacaq axtaranlara qayğı
Dağlıq Qarabağ müharibəsi nəticəsində yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Hökumətinin müraciəti əsasında 1992-ci ilin sonlarından BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı (BMT QAK) ölkəmizdə fəaliyyət göstərməyə başlamışdır. “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (SİD İB) isə BMT QAK ilə 1999-cu ildən etibarən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində təşkilat qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi, təhsil və gəlir imkanlarının artırılması, eləcə də təhsil müəssisələrinin (bağça, məktəb, kitabxana və s.) təmiri və bərpası sahəsində dövlət qurumları ilə əlaqələrin qurulmasına dəstək istiqamətlərində uğurlu fəaliyyət göstərmişdir.
“Ümid” SİD İB, BMT QAK-ın maliyyə dəstəyi ilə aşağıdakı layihələri uğurla həyata keçirmişdir:
-
Azərbaycanda məcburi köçkünlər üçün bacarıqların artırılması təliminin təşkili və həyat şəraitinin yaxşılaşdırılmasına dəstək (01.01.2014 - 31.12.2014)
-
Azərbaycanda məskunlaşmış qaçqın və sığınacaq axtaranlar üçün bacarıqların artırılması təliminin təşkili və həyat şəraitinin yaxşılaşdırılmasına dəstək. (01.01.2014 - 31.12.2014)