“Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” (KDİT) layihəsi
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” (KDİT) layihəsini həyata keçirmişdir. 26 ay davam edən layihə (1 yanvar 2014 – 29 fevral 2016) çərçivəsində mərkəzi və yerli hakimiyyət orqanlarının, icmaların və özəl sektorun iştirakı ilə Quba-Xaçmaz regionunda meyvə, quru meyvə, giləmeyvə və süd sektorunun ticari, keyfiyyətli və rəqabətədavamlı inkişafı təşviq olunmuşdur. Layihə həmçinin fermerlərin və gənclərin bacarıqlarının artırılmasına, məşğulluq imkanlarının genişləndirilməsinə və xidmət sahələrinin yaradılmasına dəstək verməklə milli iqtisadi inkişafa töhfə vermişdir.
Layihənin məqsədi
Quba-Xaçmaz iqtisadi zonasında (Quba, Qusar, Xaçmaz və Şabran rayonları) kəndlərin davamlı inkişafını kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı sahələrini birləşdirən iqtisadi inkişaf modeli vasitəsilə gücləndirmək olmuşdur.
Birbaşa faydalanan qruplar:
-
Meyvə, giləmeyvə və süd məhsullarının istehsalı və emalı ilə məşğul olan fərdi təsərrüfatlar, sahibkarlar və fermerlər;
-
Kiçik süd assosiasiyaları;
-
Hədəf icma üzvləri, o cümlədən qadınlar, gənclər və həssas qruplar.
Hədəf kəndlər:
-
Quba rayonu: Zərqova, Hacıhüseynli, Alpan, I Nügədi, Rustov
-
Qusar rayonu: Həzrə, Piral, Yasab, Gədəzeyxur, İmamqulukənd
-
Xaçmaz rayonu: Qımılqışlaq, Uzunoba, Müşgür, Qalağan, Çarxı, Xanlıqoba
-
Şabran rayonu: Pirəbədil, Əmirxanlı, Günəşli, Ağalıq
Əsas vəzifələr:
-
Quba-Xaçmaz iqtisadi zonasında icmaların davamlı inkişafını dəstəkləyən qurumların inkişafının gücləndirilməsi;
-
Kənd təsərrüfatı istehsalının davamlı şəkildə artırılması;
-
Qeyri-kənd təsərrüfatı fəaliyyətlərinin və kiçik müəssisələrin gücləndirilməsi, ailələrin gəlir mənbələrinin artırılması.
Layihənin nəticələri:
-
Ucqar ərazilərdə sosial infrastruktura çıxış yaxşılaşdırılmışdır;
-
Gənclərin şəhərlərə və digər regionlara miqrasiyası azalmışdır;
-
Hədəf icmalarda əhalinin gəlirləri artmışdır;
-
Yeni gəlir gətirən fəaliyyət sahələri yaradılmışdır;
-
Əhalinin əsas xidmətlərə çıxışı təkmilləşdirilmişdir;
-
Azı 1500 nəfər məsləhət və təlimlər vasitəsilə bacarıqlarını artırmışdır.