"Qeyri-Hökumət Təşkilatlarının Dayanıqlıq İndeksi və İctimai Faydalılığı Məsələlərinin İctimailəşdirilməsinə dair Fəaliyyətin Təşkili” layihəsi
"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Turizm və Menecment Universitetinin isə texniki dəstəyi ilə həyata keçirilən “Qeyri-hökumət təşkilatlarının dayanıqlıq indeksi və ictimai faydalılığı məsələlərinin ictimailəşdirilməsinə dair fəaliyyətin təşkili” layihəsini uğurla tamamlamışdır. Layihə 5 ay müddətində (1 iyul – 1 dekabr 2017) icra olunmuşdur.
Layihənin məqsədi
QHT-lərin keyfiyyət kateqoriyalarına bölünməsi və onların vəziyyətinin qiymətləndirilməsi proseslərində ictimai fəallığın artırılması olmuşdur.
Əldə olunmuş nəticələr
-
“İctimai faydalı təşkilatlar” üzrə ən azı 3 beynəlxalq regionun təcrübəsi, eləcə də “QHT-lərin dayanıqlıq indeksinin müəyyənləşdirilməsi” üzrə ən azı 5 ölkədəki vəziyyət araşdırılmış, təhlil edilmiş və Azərbaycan dilində ilkin materiallar hazırlanmışdır;
-
Mövzuya dair təşkil olunan müzakirələrdə ən azı 100 nəfər iştirak etmiş, onlar həm “İctimai faydalı təşkilatlar”ın meyarları, hüquqi əsasları və hesabatlılığı, həm də “QHT-lərin dayanıqlıq indeksinin müəyyənləşdirilməsi” mövzularında biliklərini artırmışlar. Sorğular zamanı daha əsaslı və Azərbaycanın milli maraqlarına uyğun cavabların verilməsi təmin olunmuşdur;
-
Hər iki mövzu üzrə tədris materialları hazırlanaraq tədris prosesinə daxil edilmiş, nəticədə ən azı 120 tələbə bu bilikləri mənimsəmişdir;
-
Ən azı 3.500 nəfər “İctimai faydalı təşkilatlar” və “QHT-lərin dayanıqlıq indeksi” ilə bağlı məsələlər barədə məlumat əldə etmiş, onlardan ən azı 250 nəfər mövzunu dərindən mənimsəmişdir.
👉 İctimai Faydalı Təşkilatlar - Facebook səhifəsi